Məktəbdə peşəyönümlü fəaliyyətin təşkili üzrə maarifləndirici tədbir keçirilib

Müxtəlif peşə sahələri üzrə zəruri bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması üçün məktəblərdə peşəyönümü işin təşkili üçün tədbirlər həyata keçirilir. 256 nömrəli məktəbdə peşəyönümlü işin təşkili üzrə kordinatoru- məktəbin fizika müəllimi Vüsalə Əmirovanın təşkilatçılığı, məktəbin IX və XI sinif şagirdlərinin iştirakı ilə peşəyönümü sahəsində maarifləndirmə işi aparılıb. Şagirdlərə müxtəlif peşə mərkəzləri və peşə liseylərinin maddi-texniki bazası, tədris olunan ixtisaslar, qəbul qaydaları haqqında ətraflı məlumatlar verilib, videoçarx izlənib. Daha sonra çıxış edən məktəbin Kiçik Akademiyasının rəhbəri Ülviyyə Səfərova şagirdlərin maraqlarına, bacarıqlarına, qabiliyyətlərinə və şəxsi keyfiyyətlərinə uyğun olaraq müvafiq ixtisas və peşə seçiminə yönəldilməsinin əhəmiyyətindən danışmış və onlara düzgün qərar verməyin gələcək həyatlarına böyük təsir edəcəyini bildirmişdir. Tədbirdə iştirak edən məktəbin ötənilki məzunu, Emal Səneyesi Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsilini davam etdirən Əhmədzadə Hidayət öz təcrübəsini şagirdlərə paylaşıb. Sonda məktəbin direktoru Xeyrulla Haqverdiyev çıxış edərək bildirib ki, müasir dövrdə ixtisaslı kadr anlayışı insanların müəyyən iş və ya peşədə həm bilik, həm də bacarıqlarla təmin olunmasını tələb edir. Bunun üçün məktəblərdə peşəyönümlü fəaliyyətin təşkili üçün həyata keçirilən tədbirlərin əhəmiyyəti çox böyükdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi