Kiçik Akademiya

"Kiçik Akademiya" üzvlərinin konfransı baş tutub22 noyabr tarixində 234 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" üzvlərinin konfransı keçirilib. Məktəbin "Kiçik Akademiya" üzvü Niftəliyeva Leyla Azər qızı genetika sahəsində" Genlərin idarə olunması"na dair yeni düstur təklif etmişdir . Bu düstur gələcəkdə genetika və seleksiya sahəsində arzu olunan və arzu olunmayan genlər valideyn formalardan yeni nəslə hansı nisbətdə ötürüləcəyini hesablamağa şərait yaradır. Unutmayaq ən böyük elmi sıçrayışlar sadə düsturlarla başlayıb.

Ətraflı

" Təbiəti qoruyaq" layihəsi çərçivəsində tədbirlər həyata keçirilir21.11.2023-cü il tarixində məktəbin Kiçik Akademiyasının 9a sinif şagirdləri köhnə disk-təkəri rəngləyərək müxtəlif formalı gül qabları hazırlayıblar. Həmin qablarda həyət gülləri əkilib. İstedadlı və bacarıqlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin genişləndirilməsinə dəstək verilməsi, ən əsası milli dəyərlər əsasında tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkili məqsədini daşıyır.

Ətraflı

Xəzər rayon məktəblərinin Kiçik Akademiya üzvlərinin hesabat konfransı keçirilib23 may tarixində "Heydər Əliyev ili" çərçivəsində Xəzər rayon 234 nömrəli tam orta məktəbdə rayon məktəblərinin Kiçik Akademiya üzvlərinin hesabat konfransı keçirildi. Konfransda məktəbimizin Kiçik Akademiya rəhbəri Ülviyyə Səfərovanın rəhbərliyi ilə məktəbimizin fəal KA üzvü Leyla Niftəliyeva "Tikdim ki, izim qala..." adlı təqdimatla çıxış etdi. Təqdimat ulu öndər Heydər Əliyevin Azərbaycanın tarixinə, onun mədəni abidələrinə verdiyi dəyərdən bəhs edirdi. KA üzvümüzün təqdimatı və təqdimatın sonunda söylədiyi- "Biz Azərbaycan gəncləri yolumuza mən fəxr edirəm ki, azərbaycanlıyam sözləri ilə başlayıb, Qarabağ Azərbaycandır sözləri ilə davam edirik!" şüarı konfrans iştirakçılarının alqışlarıyla qarşılandı.

Ətraflı

"Birlik yarışı" adlı intellektual yarış keçirilib05.05.2023-cü il tarixində ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məktəbin "Kiçik akademiya" rəhbəri Ülviyyə Səfərovanın təşkilatçılığı ilə 5-8-ci siniflər arasında "Birlik yarışı" adlı intellektual yarış keçirilib.

Ətraflı

"Dəyərlərimizi qoruyaq" layihəsi həyata keçirilirBakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən məktəbimizdə "Dəyərlərimizi qoruyaq" layihəsi həyata keçirilir. Belə ki, 16 mart tarixində Nizami Sərxanov adına 256 nömrəli tam orta məktəbdə "Dəyərlərimizi qoruyaq" layihəsinin tədbirlər planına əsasən bayram tədbiri keçirilib. Məktəbin "Kiçik akademiya" rəhbəri Ülviyyə Səfərovanın təşkilatçılığı və akademiya üzvlərinin iştirakı ilə keçirilən tədbirdə zəngin maddi və mənəvi dəyərlərimizi əks etdirən kompozisiyalar nümayiş olundu. Şagirdimizin ifasında rəqslər, musiqilər səsləndi, mədəni incilərimizi əks etdirən videoçarxlar izlənildi.

Ətraflı

21 Fevral- Beynəlxalq Ana Dili Günü qeyd edilibBeynəlxalq Ana Dili Günü münasibətilə bu gün məktəbimizin ayrı-ayrı siniflərində xüsusi dərslər keçirilmişdir. Günün tarixinə nəzər salaraq qeyd edək ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

Ətraflı

"Ana təbiətin mühafizəsi" adlı tədbir keçirilib15.02.2023-cü il tarixində məktəbin akt zalında məktəbin biologiya müəllimi Ülviyyə Səfərovanın təşkilatçılığı ilə "Ana təbiətin mühafizəsi" adlı maarifləndirici tədbir keçirilib.Təbiətlə daim harmoniya içərisində yaşamaq şüarını əsas tutan bu tədbirdə ana təbiəti, günəşi və küləyi simvolizə edən personajlar təsirli bir dillə insanın təbiətin bir parçası olduğunu, təbiəti məhv etməyin insanı fəlakətə sürüklədiyi fikrini çatdırmağa çalışmışlar. Enerji mənbələri olan günəş və küləyin əhəmiyyətindən, insanlara faydasından danışıldı, bərpa olunan bu enerji mənbələrindən düzgün istifadə etməli olduğumuz vurğulandı.Tədbirdə diqqəti cəlb edən xüsusi məqamlardan biri "Turacı" rəqsinin oynanılması idi. Tədbirin sonunda məktəbin direktoru X.Haqverdiyev çıxış etdi. Bizi əhatə edən maddi aləm: meşələr, bitkilər, heyvanlar, mikroorqanizmlər, günəş - bütün bunlar əsrarəngiz və gözəldir.Təkcə bu gözəlliyi duymaq yox, eyni zamanda qorumaq hər birimizin mənəvi borcudur.

Ətraflı

Məktəbdə peşəyönümlü fəaliyyətin təşkili üzrə maarifləndirici tədbir keçirilibMüxtəlif peşə sahələri üzrə zəruri bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması üçün məktəblərdə peşəyönümü işin təşkili üçün tədbirlər həyata keçirilir. 256 nömrəli məktəbdə peşəyönümlü işin təşkili üzrə kordinatoru- məktəbin fizika müəllimi Vüsalə Əmirovanın təşkilatçılığı, məktəbin IX və XI sinif şagirdlərinin iştirakı ilə peşəyönümü sahəsində maarifləndirmə işi aparılıb. Şagirdlərə müxtəlif peşə mərkəzləri və peşə liseylərinin maddi-texniki bazası, tədris olunan ixtisaslar, qəbul qaydaları haqqında ətraflı məlumatlar verilib, videoçarx izlənib. Daha sonra çıxış edən məktəbin Kiçik Akademiyasının rəhbəri Ülviyyə Səfərova şagirdlərin maraqlarına, bacarıqlarına, qabiliyyətlərinə və şəxsi keyfiyyətlərinə uyğun olaraq müvafiq ixtisas və peşə seçiminə yönəldilməsinin əhəmiyyətindən danışmış və onlara düzgün qərar verməyin gələcək həyatlarına böyük təsir edəcəyini bildirmişdir. Tədbirdə iştirak edən məktəbin ötənilki məzunu, Emal Səneyesi Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsilini davam etdirən Əhmədzadə Hidayət öz təcrübəsini şagirdlərə paylaşıb. Sonda məktəbin direktoru Xeyrulla Haqverdiyev çıxış edərək bildirib ki, müasir dövrdə ixtisaslı kadr anlayışı insanların müəyyən iş və ya peşədə həm bilik, həm də bacarıqlarla təmin olunmasını tələb edir. Bunun üçün məktəblərdə peşəyönümlü fəaliyyətin təşkili üçün həyata keçirilən tədbirlərin əhəmiyyəti çox böyükdür.

Ətraflı

Məktəbdə iməcilik keçirilib17 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində şagird və müəllimlərin, valideyn icmalarının iştirakı ilə məktəbdə iməcilik keçirildi. İməclik çərçivəsində məktəb həyətində abadlıq işləri aparılmış, yeni ağaclar və qızılgül kolları əkilmişdir.

Ətraflı

"Ayın oxucusu" müsabiqəsinin növbəti mərhələsi keçirilibŞagirdlərdə mütaliə vərdişlərinin inkişafı üçün məktəbdə təşkil olunan "Ayın oxucusu" müsabiqəsinin ikinci mərhələsi keçirilmişdir. Müsabiqənin məqsədi şagirdlərdə mütaliəyə marağı daha da gücləndirməkdən ibarətdir. Müsabiqədə ötən ay ərzində məktəb kitabxanasından daha çox istifadə edib mütaliə edən şagirdlərlə müsahibəsi aparılır. Onların oxuduqları kitab haqqında təəssüratları öyrənilir və oxuduqları əsərlər təhlil olunur. Sonda ümumi müzakirə ilə ayın qalibləri müəyyən olunaraq təltifnamələrlə mükafatlandırılır.

Ətraflı

"Zərərli vərdişlərə yox deyək" adlı maarifləndirici tədbir keçirilib23.11.2022-ci il tarixində N.Sərxanov adına 256 nömrəli məktəbin akt zalında "Zərərli vərdişlərə yox deyək" adlı maarifləndirici tədbir keçirilib.Yeniyetmələrdə əsrin bəlasına çevrilən zərərli vərdişlərdən asılılıq, siqaretə, alkoqolizmə, "ağ ölüm" sayılan narkomaniyaya qarşı meylin qarşısının alınması, gənclərdə müsbət əxlaqi keyfiyyətləri formalaşdırmaq məqsədilə keçirilən tədbirdə videotəqdimatlar göstərilmiş, bu vərdişlərin yaratdığı xoşagəlməz nəticələr və onlarla mübarizə haqqında danışılmışdır.Tədbirdə məktəb rəhbərliyi, fənn müəllimləri və şagirdlər iştirak edib. Məktəbin biologiya müəllimi Ülviyyə Səfərova zərərli vərdişlərin insan sağlamlığı üçün yaratdığı təhlükələrdən danışıb, şagirdlərin bu haqda verdiyi bütün sualları cavablandırıb. Sağlam gənclik sağlam cəmiyyətin formalaşması deməkdir.Tədbirin sonunda xalqımızın rifahı, xoşbəxtliyi naminə gənclərimizi sağlam görməyi arzulayan direktor Xeyrulla Haqverdiyev gənclərə bütün pis vərdişlərdən uzaq olmağı tövsiyə edib, onlarla mübarizənin vacibliyini vurğulayıb.

Ətraflı

Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilibN.Sərxanov adına 256 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Yasəmən Vəliyevanın və Rəna Əhədovanın təşkilatçılığı ilə Əhməd Cavadın 130 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.Dəyirmi masada ömrü boyu azadlıq idealına sadiq qalan şairin keşməkeşli və mübarizə dolu həyatı haqqında geniş məlumat verilmiş, təqdimatlar dinlənilmiş və diskussiya aparılmışdır. Bütün qəlbi ilə millətimizin istiqlalını arzulayan sənətkarın azadlıq ruhunu ifadə edən şeirləri, eyni zamanda təbiət və məhəbbət mövzusunda yazdığı əsərləri müzakirə edilmiş, türk dünyasının çox sevdiyi məşhur "Çırpınırdın, Qara dəniz" şeiri səsləndirilmişdir.Sonda şairin maarifçilik ruhunda yazdığı əsərlərinin bu gün üçün də aktual və qiymətli olduğunu vurğulanmış, onun ziyalı mövqeyi ilə gənclərin yoluna işıq tutduğunu qeyd edilmişdir.

Ətraflı

Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya təşkil olunub28.05.2022-ci il tarixində məktəbin biologiya müəllimi Səfərova Ülviyyənin təşkilatçılığı ilə 8 a sinif şagirdlərinin dünyanın ən böyük rəsədxanalarından biri olan Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyası baş tutub.Rəsədxananın gənc elmi işçiləri şagirdləri astronomiya tarixi muzeyi ilə tanış etdilər, onlara rəsədxananın fəaliyyəti, günəş sistemi, planetlər, səma cisimləri və teleskoplar haqqında ətraflı məlumat verdilər.Rəsədxanaya ekskursiyanın məqsədi şagirdləri maarifləndirmək, dünyagörüşünü artırmaq, elmi araşdırmalar və araşdırmaların ayrılmaz parçası olan astrofizik cihazları əyani şəkildə göstərməkdən ibarət idi.Daha sonra Şamaxının Çuxuryurd kəndinə və Pirqulu meşəsinə səfər edildi.Şagirdlər həm Azərbaycanın əsrarəngiz gözəlliyə malik təbiətini daha yaxından tanıdılar, həm də asudə vaxtlarını səmərəli keçirdilər.

Ətraflı

İrəvan Müəllimlər Seminariyasının 140 illiyi qeyd olunubİrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına əsasən bu gün 10-11-ci sinif şagirdlərinin iştirakı ilə "İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu" mövzusunda "Dəyirmi masa" keçirilib. Mövzu ətrafında şagirdlərin təqdimatları dinlənilib. Müəllimlər və məktəb rəhbərliyi seminariyanın və onun məzunlarının təhsil tariximizdə rolu mövzusunda çıxışlar ediblər.

Ətraflı

Referat müsabiqəsi keçirilibTarix müəllimimiz Nazim Əsədovun rəhbərliyi ilə 8-10- cu sinif şagirdləri arasında referat müsabiqəsi keçirilib. Şagirdlərin referatları dinlənilib və qaliblər seçilərək müsabiqənin rayon mərhələsinə təqdim edilib.

Ətraflı

V-XI sinif şagirdləri arasında "Bilik yarışı" keçirilibN.Sərxanov adına 256 nömrəli tam orta məktəbin V-XI sinif şagirdləri arasında 2 Fevral Gənclər Gününə həsr olunmuş "Bilik yarışı" keçirilib.Məktəb rəhbərliyi və fənn müəllimlərinin münsifliyi ilə keçirilən bu yarışda şagirdlərin fənn bilikləri və ümumi dünyagörüşü yoxlanılıb.Bilik yarışında qalib gələn "Məzunlar" komandası,müvafiq olaraq II və III yeri tutan "Əlaçılar", "Simurq" komandalarının üzvləri mükafatlandırılıb, sertifikatlar təqdim olunub.

Ətraflı

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş "Dəyirmi masa" keçirilib28.12.2021-ci il tarixində məktəbin kitabxanasında Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş "Dəyirmi masa" keçirilib. Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş "Dəyirmi masa"da məktəb rəhbərliyi, Azərbaycan dili və ədəbiyyat fənn müəllimləri iştirak edib. Ustad sənətkar Aşıq Ələsgərin yaradıcılığı müzakirə edilib, şeirləri səsləndirilib, şagirdlərin təqdimatları nümayiş etdirilib.

Ətraflı

"Kiçik Akademiya" üzvümüz Şuşa qalasının təsvir maketini hazırlayıb.N.Sərxanov adına 256 nömrəli tam orta məktəbin "Kiçik Akademiya" üzvü Niftəliyeva Leyla STEAM- Azərbaycan layihəsi üzrə "TinkerCad" proqramı vasitəsilə Şuşa qalasının 3D təsvir maketini hazırlamışdır.

Ətraflı
HAQQIMIZDA
  • Bakı şəhəri, Xəzər rayonunda yerləşən Nizami Sərxanov adına 256 nömrəli tam orta məktəbin əsası 1973-cü ildə qoyu...
BİZİM FƏXRLƏRİMİZ

Nəzrin Əhədova Oqtay

Anayxatun Vəlizadə Ceyhun

HAQQIMIZDA
  • Bakı şəhəri, Xəzər rayonunda yerləşən Nizami Sərxanov adına 256 nömrəli tam orta məktəbin əsası 1973-cü ildə qoyu...
BİZİM FƏXRLƏRİMİZ

Nəzrin Əhədova Oqtay

Anayxatun Vəlizadə Ceyhun

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi