FƏXRİMİZ

Nizami İsrafil oğlu Sərxanov 29 aprel 1968-ci ildə Neftçala rayonununda adan olmuşdur. Nizami Sərxanov 1972-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüş və 256 nömrəli  məktəbdə təhsilini davam etdirmişdir. Məktəbi bitirdikdən sonra Keçmiş SSRİ-nin Krosnayarsk vilayətində hərbi xidmətə başlamışdır. Hərbi xidməti başa vurduqdan sonra Vətənə qayıtmışdır.

90-ıncı illərdə Qarabağda baş verən hadisələrə biganə qala bilməyən Nizami könüllü olaraq Azərbaycan silahlı qüvvələri sıralarına qoşulur və Vətənin müdafiəsinə yollanır.

Döyüşlərdə fərqlənən Nizami peşəkar snayperçi olmuşdur. Düşmənə aman verməyən igidimiz, öz şücaəti ilə gənc əsgərlərə daim nümuna olmuşdur. Qəlbi hər zaman vətən eşqi ilə döyünən igid əsgərimiz Nizami Sərxanov 1993-cü il aprel ayının 13-də Zəngilan şəhəri Kolluqışlaq kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi