"Dəyərlərimizi qoruyaq" layihəsi həyata keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən məktəbimizdə "Dəyərlərimizi qoruyaq" layihəsi həyata keçirilir. Belə ki, 16 mart tarixində Nizami Sərxanov adına 256 nömrəli tam orta məktəbdə "Dəyərlərimizi qoruyaq" layihəsinin tədbirlər planına əsasən bayram tədbiri keçirilib. Məktəbin "Kiçik akademiya" rəhbəri Ülviyyə Səfərovanın təşkilatçılığı və akademiya üzvlərinin iştirakı ilə keçirilən tədbirdə zəngin maddi və mənəvi dəyərlərimizi əks etdirən kompozisiyalar nümayiş olundu. Şagirdimizin ifasında rəqslər, musiqilər səsləndi, mədəni incilərimizi əks etdirən videoçarxlar izlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi