"Ana təbiətin mühafizəsi" adlı tədbir keçirilib

15.02.2023-cü il tarixində məktəbin akt zalında məktəbin biologiya müəllimi Ülviyyə Səfərovanın təşkilatçılığı ilə "Ana təbiətin mühafizəsi" adlı maarifləndirici tədbir keçirilib.Təbiətlə daim harmoniya içərisində yaşamaq şüarını əsas tutan bu tədbirdə ana təbiəti, günəşi və küləyi simvolizə edən personajlar təsirli bir dillə insanın təbiətin bir parçası olduğunu, təbiəti məhv etməyin insanı fəlakətə sürüklədiyi fikrini çatdırmağa çalışmışlar. Enerji mənbələri olan günəş və küləyin əhəmiyyətindən, insanlara faydasından danışıldı, bərpa olunan bu enerji mənbələrindən düzgün istifadə etməli olduğumuz vurğulandı.Tədbirdə diqqəti cəlb edən xüsusi məqamlardan biri "Turacı" rəqsinin oynanılması idi. Tədbirin sonunda məktəbin direktoru X.Haqverdiyev çıxış etdi. Bizi əhatə edən maddi aləm: meşələr, bitkilər, heyvanlar, mikroorqanizmlər, günəş - bütün bunlar əsrarəngiz və gözəldir.Təkcə bu gözəlliyi duymaq yox, eyni zamanda qorumaq hər birimizin mənəvi borcudur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi