"Zərərli vərdişlərə yox deyək" adlı maarifləndirici tədbir keçirilib

23.11.2022-ci il tarixində N.Sərxanov adına 256 nömrəli məktəbin akt zalında "Zərərli vərdişlərə yox deyək" adlı maarifləndirici tədbir keçirilib.Yeniyetmələrdə əsrin bəlasına çevrilən zərərli vərdişlərdən asılılıq, siqaretə, alkoqolizmə, "ağ ölüm" sayılan narkomaniyaya qarşı meylin qarşısının alınması, gənclərdə müsbət əxlaqi keyfiyyətləri formalaşdırmaq məqsədilə keçirilən tədbirdə videotəqdimatlar göstərilmiş, bu vərdişlərin yaratdığı xoşagəlməz nəticələr və onlarla mübarizə haqqında danışılmışdır.Tədbirdə məktəb rəhbərliyi, fənn müəllimləri və şagirdlər iştirak edib. Məktəbin biologiya müəllimi Ülviyyə Səfərova zərərli vərdişlərin insan sağlamlığı üçün yaratdığı təhlükələrdən danışıb, şagirdlərin bu haqda verdiyi bütün sualları cavablandırıb. Sağlam gənclik sağlam cəmiyyətin formalaşması deməkdir.Tədbirin sonunda xalqımızın rifahı, xoşbəxtliyi naminə gənclərimizi sağlam görməyi arzulayan direktor Xeyrulla Haqverdiyev gənclərə bütün pis vərdişlərdən uzaq olmağı tövsiyə edib, onlarla mübarizənin vacibliyini vurğulayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi