Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

N.Sərxanov adına 256 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Yasəmən Vəliyevanın və Rəna Əhədovanın təşkilatçılığı ilə Əhməd Cavadın 130 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.Dəyirmi masada ömrü boyu azadlıq idealına sadiq qalan şairin keşməkeşli və mübarizə dolu həyatı haqqında geniş məlumat verilmiş, təqdimatlar dinlənilmiş və diskussiya aparılmışdır. Bütün qəlbi ilə millətimizin istiqlalını arzulayan sənətkarın azadlıq ruhunu ifadə edən şeirləri, eyni zamanda təbiət və məhəbbət mövzusunda yazdığı əsərləri müzakirə edilmiş, türk dünyasının çox sevdiyi məşhur "Çırpınırdın, Qara dəniz" şeiri səsləndirilmişdir.Sonda şairin maarifçilik ruhunda yazdığı əsərlərinin bu gün üçün də aktual və qiymətli olduğunu vurğulanmış, onun ziyalı mövqeyi ilə gənclərin yoluna işıq tutduğunu qeyd edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi