Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya təşkil olunub

28.05.2022-ci il tarixində məktəbin biologiya müəllimi Səfərova Ülviyyənin təşkilatçılığı ilə 8 a sinif şagirdlərinin dünyanın ən böyük rəsədxanalarından biri olan Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyası baş tutub.Rəsədxananın gənc elmi işçiləri şagirdləri astronomiya tarixi muzeyi ilə tanış etdilər, onlara rəsədxananın fəaliyyəti, günəş sistemi, planetlər, səma cisimləri və teleskoplar haqqında ətraflı məlumat verdilər.Rəsədxanaya ekskursiyanın məqsədi şagirdləri maarifləndirmək, dünyagörüşünü artırmaq, elmi araşdırmalar və araşdırmaların ayrılmaz parçası olan astrofizik cihazları əyani şəkildə göstərməkdən ibarət idi.Daha sonra Şamaxının Çuxuryurd kəndinə və Pirqulu meşəsinə səfər edildi.Şagirdlər həm Azərbaycanın əsrarəngiz gözəlliyə malik təbiətini daha yaxından tanıdılar, həm də asudə vaxtlarını səmərəli keçirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi