Ə.Kərimin “Qaytar ana borcunu” şeiri şagirdlərin baxışlarında

Ana haqqının, onun həyatımızda əvəzolunmaz yerini şagirdlərə aşılamaq məqsədi ilə növbəti əsər müzakirəsi Ə.Kərimin “Qaytar ana borcunu” şeiri oldu. Əsərin təhlili Rəşid Behbudovun ifasinda ”Ana” mahnısını səsləndirilməsi ilə başladı. VI sinif şagirdləri “Saçının birini qara, birini ağ hörmüş” anaya qarşı övladın dönüklüyündən danışdılar. Sonra əsəri hissə-hissə ifadəli şəkildə söyləyərək təhlil etdilər. Şeirdə ananın kədərli taleyinin faciəvi məqamlarını əks etdirən maraqlı müqayisələrə,bənzətmələrə, təzadlara xüsusi toxundular.

Övladları tərəfindən atılan, baxımsızlıq ucbatından qocalar evinə göndərilən “yetim” ataların-anaların həyatı videoçarxda izlənildi. Əli Kərimin yazdığı şeirin vaxtında çalınmış həyəcan təbili olduğu söylənildi, cəmiyyətin, insanlığın diqqətini günahsız atılmış valideynlərin probleminə cəlb edildiyi vurğulandı. Müzakirələrdə “Qaytar ana borcunu” şeirinin Azərbaycan ədəbiyyatının eyni mövzuda yazılmış digər nümunələri ilə müqayisəsi də daha səmərəli oldu.

Sonda şagirdlər bu qənaətə gəldilər ki, hər şey ilk yanlış hərəkətdən, kiçik yalandan başlayır. Doğrudan da kiçik səhvlər böyük faciələrə gətirib çıxarır. Ananın sevgi, qayğı, həsrət dolu məktublarına cavab yazmağa “vaxt tapmayan” oğul daha böyük günahlara batır, nankorluğa yuvarlanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi