İmtahan stresinin aradan qaldırılması

    Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən  17 may tarixində IV siniflər, 18 may tarixində  VI siniflərdə keçiriləcək imtahanla bağlı  şagirdlərlə   görüş keçirildi. Görüşdə məktəb-liseyin direktoru E.Həşimov, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı F.Əliyeva, məktəb psixoloqu S.İsmayılova və UBTR K.Muradova, sinif rəhbərləri iştirak etdi.

    Göruşdə  şagirdlərə psixoloji dəstək verildi. İmtahanqabağı stresin, depressiya və yorğunluğun şagirdlərin üzləşdiyi əsas problemlərdən olduğu  vurğulandı. İmtahan həyəcanının orqanizmdə yaratdığı psixoloji və fizioloji əlamətlərə toxunuldu, istifadə olunan psixoloji texnikalar təqdim olundu.

    Məktəb-liseyin direktoru E.Həşimov şagirdlərə imtahana buraxılış vərəqini təqdim etdi və uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi