HAQQIMIZDA

Bakı şəhəri 246 nömrəli məktəb-lisey 1969-cu ildən fəaliyyət göstərir. 2012-ci ildə əsaslı təmir olunmuş, 2013-cü ildə ibtidai siniflər üçün 620 yerlik əlavə tədris binası tikilib istifadəyə verilmişdir. 246 nömrəli tam orta məktəb Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 1998-ci il tarixli müvafiq sərəncamı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1998-ci il tarixli müvafiq əmrləri ilə humanitar fənlər təmayüllü məktəb-liseyə çevrilmişdir.

Məktəb-liseydə tədris və təlim-tərbiyə prosesi Azərbaycan və rus dillərində aparılır. Ümumi orta təhsil səviyyəsində VII sinifdən başlayaraq texniki, humanitar fənlər təmayüllü lisey, tam orta təhsil səviyyəsində isə texniki və təbiət, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflər açılır. Məktəb-liseydə məktəbəqədər hazırlıq qrupu və 1 günü uzadılmış qrup fəaliyyət göstərir.

Məktəb-lisey 1 növbəli, 5 günlük iş həftəsi ilə işləyir və şagirdlərin təlim-tərbiyəsi ilə 150-dən çox pedaqoji işçi, o cümlədən 3 nəfər “Əməkdar müəllim”, həmçinin "Tərəqqi" medalına, “Qabaqcıl təhsil işçisi“, "İlin ən yaxşı müəllimi” adına layiq görülmüş müəllimlər, filologiya və riyaziyyat üzrə fəlsəfə doktorları, dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin müəllifləri çalışır.

Məktəb-liseydə "Sağlam Təhsil" sinifləri fəaliyyət göstərir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1295 nömrəli əmrinə əsasən 20 noyabr 2009-cu il tarixindən etibarən “Rus dilinin intensiv tədrisi” layihəsi həyata keçirilir. Şagirdlərdə liderlik və kreativ təfəkkürü inkişaf etdirən “Kiçik Akademiya” fəaliyyət göstərir. Məktəb-liseyin zəngin kitabxanasından şagirdlər faydalanırlar. 

Şagirdlərdə mütailə mədəniyyətini formalaşdırmaq üçün mütəmadi olaraq şair və yazıçılarla görüşlər keçirir, şagirdlərin iştirakı ilə əsərlərdən hissələr səhnələşdirilir, kütləvi kitabxanalara ekskursiyalar təşkil edilir.

Məktəb-liseydə ibtidai təhsil səviyyəsindən başlayaraq şagirdlərin məzmun standartlarına uyğun bacarıqlar əldə etmələrinə, onların azərbaycançılıq ideyalarına, milli-mənəvi və bəşəri dəyərlərə sadiq şəxsiyyət kimi formalaşdırılmasına, vətənpərvər ruhda tərbiyə olunmasına xüsusi diqqət yetirilir. Şagirdlərin elmi dünyagörüşünün formalaşması, onların hərtərəfli inkişafının təmin olunması üçün ədəbi-bədii gecələr, viktorinalar, sərgilər və s. tədbirlər təşkil edilir. Sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları üçün hərtərəfli şərait yaradır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi