28 May – Azərbaycan Müstəqillik Günü

28 May Azərbaycanın tarixində ən önəmli günlərdən biridir. Bu gün 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranmış və xalqımız müstəqil dövlət olaraq tarixdə öz yerini tutmuşdur. Müstəqillik – azadlıq, öz yolunu seçmək və vətəninə sevgi deməkdir. 246 nömrəli məktəb-liseyin şagirdləri də bu müqəddəs günü böyük hörmət və fəxarətlə qeyd edir. Onların vətənə, bayrağa olan sevgisi, milli dəyərlərə bağlılığı hər kəs üçün nümunədir. Hər birimizin ürəyində Azərbaycan torpağına, dilinə, tarixinə sevgi dayanır.