Narkomaniya və digər zərərli vərdişlərlə mübarizə

Mayın 20-də VIII sinif şagirdləri ilə “Narkomaniya və digər zərərli vərdişlərlə mübarizə” mövzusunda görüş keçirildi.
Görüş məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı F.Əliyeva, məktəb psixoloqu S.İsmayılova,UBTR K.Muradova və ADU-nun təcrübəçi tələbələri tərəfindən təşkil olundu. Görüşdə narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumat verildi, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və sağlamlığa vurduğu ziyanlardan danışıldı.
Şagirdlər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, təhsilə, elmə, idmana olan marağını artırmaq məqsədilə keçirilən görüşdə iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparıldı,videoçarxlar nümayiş olundu.