28 May-Müstəqillik Günü

6 d sinif şagirdlərinin iştirakı ilə “28 May-Müstəqillik Günü”nə həsr olunan  tədbir keçirildi. Tarix fənn müəllimi Ü.Hüseynovanın təşkilatçılığı ilə keçirilən tədbirdə Dövlət himni səsləndirildi, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi, keçdiyi inkişaf yolu, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr barədə şagirdlərə geniş məlumat verildi, ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edildi.

  Tədbirdə AXC-nin fəaliyyəti və dövlətçilik tariximizdəki rolundan bəhs edən videoçarx nümayiş olundu. 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi