“Konstitusiya və Suverenlik İli"nə həsr olunan tədbir

 Tarix fənn müəllimi Ü.Hüseynovanın təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli"nə həsr olunan tədbir keçirildi.

   Tədbirdə Dövlət Himni səsləndirildi, Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     Söylənildi ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.
   Sagirdlər təqdimatlarında tarixi Zəfər sayəsində  işğaldan azad olunmuş bütün torpaqlarımızda  qanunlarımızın tam şəkildə bərqərar olunmasından, dövlət suverenliyinin qorunmasında   üzərlərinə düşən vəzifələrdən danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi