Əbədiyaşar lider

"Konstitusiya və Suverenlik İli" cərçivəsində "Əbədiyaşar lider ” mövzusunda tədbir keçirildi.
Tarix müəllimlərinin təşkil etdiyi tədbirdə Dövlət Himni səsləndirildi, Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı islahatların əsasını təşkil etməsindən, Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində suverenliyimizin bərpasından bəhs edildi, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyətindən, Azərbaycanın inkişafının yeni mərhələsindən və qüdrətli bir ölkəyə çevrilməsindən danışıldı.
Müzakirələrdə şagirdlər fəal iştirak etdilər.