IX sinif şagirdləri ilə görüş

Aprelin 20-də IX sinif şagirdləri ilə görüş keçirildi. Görüşdə məktəb-liseyin direktoru E.Həşimov, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı F.Əliyeva, məktəb psixoloqu S.İsmayılova və UBTR K.Muradova, sinif rəhbərləri iştirak etdi.
Göruşdə DİM tərəfindən aprelin 20-də keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərimizə psixoloji dəstək verildi. İmtahanqabağı stresin, depressiya və yorğunluğun şagirdlərin üzləşdiyi əsas problemlərdən olduğu vurğulandı. İmtahan həyəcanının orqanizmdə yaratdığı psixoloji və fizioloji əlamətlərə toxunuldu, şagirdlərlə “imtahan" adlı səyahətə çıxıldı, imtahan həyacanı zamanı istifadə olunan psixoloji texnikalar təqdim olundu.
Məktəb-liseyin direktoru E.Həşimov şagirdlərə imtahana buraxılış vərəqini təqdim etdi və uğurlar arzuladı.