“Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları

Aprelin 24-də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı F.Əliyeva, məktəb psixoloqu S.İsmayılova və UBTR K.Muradova VIII-IX sinif şagirdləri ilə XXI əsrin bəlasına çevrilən “Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları”na həsr olunmuş maarifləndirici görüş keçirdi.
Narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlar, fəsadları barədə videoçarx nümayiş olundu. Zərərli vərdişlərdən uzaq olmaq və sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr verildi, söylənildi ki, neqativ əməllərdən çəkinmək, təhsilə, elmə, idmana olan marağı artırır.
Diskusiyalarda mövzu şagirdlərlə müzakirə olundu, sualları cavablandırıldı.