Muzeylərə ekskursiya

    Şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq məqsədilə 6ç sinif şagirdləri sinif rəhbəri T.Vəliyeva və UBTR K.Muradovanın təşkilatçılığı ilə  müxtəlif tarixi məkanlarda və muzeylərdə oldular.

  Ekskursiya zamanı şagirdlər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən  qayaüstü rəsmlərlə, Qavaldaş,keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları, xalçaçılıq, qədim zamanlarda yaşamış insanların həyat tərzi, onların gündəlik və döyüş geyimləri ilə yaxından tanış oldular,muzeylərin kolleksiya fonduna tamaşa etdilər,  tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi