Mən böyüyəndə kim olmaq istəyirəm?

   Martın 4-də IVd sinif şagirdləri “Mən böyüyəndə kim olmaq istəyirəm?” sualı ilə baş-başa qaldılar. Hər kəs qəlbinin dərinliyində bəslədiyi arzunu ağ vərəqə köçürdü. Quş qanadlı xəyallar şagirdləri uzaqlara apardı.Kimi hələ uşaq yaşlarından texnikaya maraq göstərdiyini, böyüyəndə mühəndis olaçağını söylədi. Rəssam olmaq istəyən şagirdimiz doğma Azərbaycanın əsrarəngiz təbiətini tablolara köçürüb bütün dünyada  tanıtmaq istədiyini dedi.Elmin sirlərini öyrədən sevimli müəllimlərimə oxşamaq, onların yolunu davam etdirmək, televiziya diktoru olub  hər axşam evlərə qonaq gedib ölkəmizin çiçəklənməsini  insanlara catdırıb sevindirmək istəyən də oldu. Dördüncülərimiz hərbçi,polis,aktyor, jurnalist ,idmançı ,psixoloq,həkim də oldular. Maraqlarını dilə gətirib seçdikləri peşənin çətin tərəfini bacaracaqlarını da dedilər.

     “Mən böyüyəndə kim olmaq istəyirəm?” sualına  müxtəlif seçim edən şagirdlərimizin  bir arzusu ümumi  oldu- müstəqil Azərbaycanın layiqli vətəndaşları kimi yetişib vətənpərvər olmaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi