15 sentyabr "Bilik günü"

Birincilərin səbirsizliklə gözlədikləri gün, 15 sentyabr, nəhayət ki, çatdı. Bugün bütün Azərbaycanda “Bilik günü” kimi qeyd edilir. Bu gün birincilər ilk dəfə əllərinə çantalarını alıb məktəbə gələcək, müəllimləri ilə tanış olacaqlar. Bu gün məktəbin həyətində bir canlanma var idi, ağ köynək geyinmiş şagirdlərin , onlarla gələn valideynlərin üzlərindən sevinc sezilirdi. Nəhayət, gözlənilən an gəldi, ilk zəng vuruldu və “Bilik günü” tədbiri başladı. Azərbaycan Respublikasının himninin sədaları altında məktəbin bayrağı qaldırıldı. Sonra məktəbin direktoru çıxış edərək yeni dərs ili münasibəti ilə hamını təbrik etdi. Şagirdlərə yeni dərs ilində uğurlar dilədi. Təbriklərdən sonra məktəbin şagirdləri tərəfindən hazırlanmış səhnəcik göstərildi və şerlər söylənildi. Daha sonra söz birincilərə verildi. Məktəb və müəllimlərə aid hazırladıqları şeirləri çox həvəslə söylədilər. Daha sonra tərbiyə işləri üzrə direktor müavini çıxış edərək yeni dərs ili münasibəti ilə bütün müəllim-şagird heyyətini təbrik etdi və məktəbin bu il əldə etdiyi9 nəaliyyətlərdən və ali məktəbə qəbul olunmuş şagirdlərdən söhbət açdı və 2014/2015-ci tədris ilində dərsələrində əla nəticələr göstərmiş şagirdlər qeyd olundu və tərifnamələr verildi.