Birincilərin kitabxana ilə ilk tanışlığı

May ayının 19-da məktəblilərə mütaliə vərdişlərinin aşılanması, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin öyrədilməsi, kitablara marağın artırlıması məqsədi ilə I “A” sinif şagirdləri (ibtidai sinif müəllimi Gülşən Həmidova) məktəbin kitabxanası ilə tanış olublar. Əvvəlcə kitabxana müdiri Həşimova Rəqsanə balaca fidanları kitabxana fondu, oxu zalı ilə tanış edib. O, şagirdlərlə söhbət zamanı qeyd edib ki, kitab oxumaq onların oxu bacarıqlarını, söz ehtiyatlarını və eyni zamanda dünyagörüşünü artırır, daxili aləmlərini zənginləşdirir.
Sonra şagirdlər kitabxanaya üzv yazılıblar. Kitabxanaçı onlara kitab hədiyyə edib.