Monitorinqə buraxılış vərəqəsi paylanılıb

    May ayının 16-da məktəbin direktoru Zümrüd Abbasova IV və VI sinif şagirdlərinə 17.05.2025 (IV siniflər) və 18.05.2025 (VI siniflər) tarixlərində Azərbaycan Respublikasının Təhsil İnstitutu və Məktəbəqədər və  Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin  müəyyən edilməsi məqsədi ilə keçiriləcək monitorinqin buraxılış vərəqələrini paylayıb.  

    Əvvəlcə Zümrüd müəllim monitorinqin məqsədi, keçirilmə qaydası,  onun nəticələrinin şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmədiyini bildirərək öz tövsiyələrini verib. Sonra şagirdlərə buraxılış vərəqələrini paylayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi