Voleybol yarışı keçirilib

May ayının 19-da VIII sinif şagirdləri arasında məktəbin fiziki tərbiyə müəllimləri Səbirə Əliyeva və Çimnaz Camalova tərəfindən “Sağlam nəsil-parlaq gələcək” layihəsi çərçivəsində Voleybol yarışı keçirilib. Yarışın keçirilməsinin əsas məqsədi fəal və sağlam həyat tərzinin təbliğ edilməsi, idmanın şagirdlər arasında kütləviləşdirilməsindən ibarət olub. Yarış Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Yarışın nəticələrinə əsasən VIII “C” sinfinin komandası I yerə, VIII “B” sinfinin komandası II yerə, VII “A” sinfinin komandası III yerə layiq görülüb. Komandalar məktəb rəhbərliyi tərəfindən Diplomla təltif edilib.