“Xəstəliklərin erkən aşkarlanmasında dispanserizasiyanın rolu. Sağlamlıq, xəstəliklərin risk amilləri” mövzusunda seminar keçirilib

May ayının 16-da 26 Nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həlim-pediatrı Arifə Alıyeva və məktəbin tibb bacısı Gülarə Aslanova tərəfindən “Xəstəliklərin erkən aşkarlanmasında dispanserizasiyanın rolu. Sağlamlıq, xəstəliklərin risk amilləri” mövzusunda seminar keçirilib. Seminarın əsas məqsədi uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsindən ibarət olub. Seminarda həkim-pediatr xəstəliklərin erkən aşkarlanmasında dispanserizasiyanın rolu haqqında geniş məlumat verilib.
Tibb bacısı gənclərə sağlamlığın qorunması üçün sağlam həyat sürməyin, sağlam qidalanmanın, yuxu rejiminin, idmanla məşğul olmanın, açıq havada daha çox vaxt keçirmənin əsas amillərdən biri olduğunu vurğulayıb.
Seminarın sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.