“Zirə Gülçülük” Kompleksinə ekskursiya edilib

May ayının 21-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-276F/2025 nömrəli əmrini rəhbər tutaraq Yaşıl layihə: “Suveren dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsində məktəbin ingilis dili müəllimi Vəfa İsmayılova tərəfindən IX “B” sinif şagirdləri ilə “Zirə Gülçülük” Kompleksinə ekskursiya edilib. Ekskursiyanın əsas məqsədi şagirdlərin ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, ətraf mühitin və ekologiyanın qorunmasından ibarət olub.
“Zirə Gülçülük” Kompleksində şagirdlər yerli və xarici güllərlə tanış olub, güllərin əkilməsi, onlara qulluq, gübrələnməsi haqqında yeni məlumatlar əldə ediblər.