"Güllərin rəngi” adlı rəsm sərgisi keçirilib

Mayın 6-da məktəbin əsas korpusunun foyesində məktəbin rus dili və ədəbiyyatı müəllimi Leyla İmanovanın təşkilatçılığı və rəhbərlik etdiyi 7 “E” sinif şagirdlərinin təqdimatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş "Güllərin rəngi” adlı gül və şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib.

Sərginin açılış mərasimində məktəb rəhbərliyi, müəllim, şagird kollektivi və valideynlər iştirak ediblər. 7 “Ə” sinif şagirdlərinin əl işlərindən ibarət maraqlı gül ekspozisiyaları sərgilənib.

Tədbir öz işinə Azərbaycanın Dövlət Himninin səslənməsi, Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rövşən Qasımov Ulu Öndərin dövlətimiz və xalqımız qarşısında xidmətlərindən, ölkəmizin sosial-iqtisadi inkişafı üçün gördüyü genişmiqyaslı tədbirlərdən, 44 günlük Vətən savaşının Azərbaycan xalqının mübarizlik simvoluna çevrilməsindən söhbət açıb.

Çiçəklərdən hazırlanan müxtəlif fiqurlar arasında ulu öndər Heydər Əliyevin portretləri, onlarla bağlı digər gül kompozisiyaları, Qız qalasının, paytaxtın yeni simvoluna çevrilən “Alov qüllələri”nin emblemi və güllə işlənmiş başqa ornamentlər sərgi iştirakçılarının diqqətini cəlb edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi