"Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək" adlı maarifləndirici görüş keçirilib

Aprelin 29-da məktəbdə "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək" adlı maarifləndirici görüş keçirilib. Görüşdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagird heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rövşən Qasımov “ağ ölüm” adlandırılan narkomaniyanın bu günün gəncliyi üçün bəlaya çevrildiyini və zərərlərinin aradan qaldırılması üçün maarifləndirilmənin artırılmalı olduğunu bildirib.

Daha sonra Səbail Rayon Polis İdarəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Fəxrəddin Babayev mövzu haqqında geniş məruzə edib. Narkomanlığın dünyanı narahat edən qlobal problemlərdən olduğunu, cəmiyyətin mənəvi, əxlaqi dəyərlərinə, sosial-iqtisadi inkişafa böyük zərbə vurduğunu, insanların sağlamlığına ciddi təhlükə yaratdığını deyən polis əməkdaşı hər bir Azərbaycan vətəndaşının cəmiyyəti, xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün addımlar atmalı olduğunu vurğulayıb.

Görüş şagirdlərin suallarının cavablandırılması ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi