Mülki Müdafiə Günü keçirilib

Aprelin 28-də məktəbin əsas korpusunun foyesində “Mülki Müdafiə Gününün təşkili və keçirilməsi haqqında tədbirlər planı”na əsasən Mülki Müdafiə Günü keçirilib. Mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə icra edilməsi sahəsində maarifləndirmə məqsədilə keçirilən tədbirdə məktəb rəhbərliyi, pedaqoji heyət və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rövşən Qasımov tərəfindən Mülki müdafiə haqqında qanunda nəzərdə tutulmuş hüquq və vəzifələr, fövqəladə hallar zamanı insanların təhlükəsizliyinin təmin edilmənin üsul və vasitələri tədbir iştirakçılarına izah olunub.

Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbin Mülki Müdafiə qərargah rəisi Yaqut Həsənova mülki müdafiə sahəsində işçilərin məlumatlılığının artırılması, fövqəladə vəziyyətlərə hazırlığının davamlı olaraq yoxlanılması və daha da yaxşılaşdırılması məqsədilə sistemli şəkildə icra edilən tədbirlər barədə məlumat verib.

Daha sonra işçi və şagird heyətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə olunan mülki müdafiə, yanğından mühafizə və digər texniki təhlükəsizlik vasitələri nümayiş etdirilib, yanğın və qəza-xilasetmə işlərinin aparılması sahəsində texniki təhlükəsizlik qaydalarına dair ətraflı maarifləndirici söhbətlər aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi