10-cu siniflərdə monitorinq imtahanları keçirilib

Aprelin 23-də məktəbin illik “Fəaliyyət planı”na əsasən, məktəbdə 10-cu siniflərdə Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, riyaziyyat və ingilis dili, rus bölməsinin şagirdləri üçün isə rus dili, riyaziyyat, ingilis dili və Azərbaycan dili dövlət dili fənlərindən ibarət olmaqla monitorinq imtahanları keçirilib.

Monitorinq məktəb rəhbərliyinin nəzarəti ilə keçirilib. İmtahan otaqlarına cəlb edilmiş nəzarətçi-müəllimlər məktəb rəhbərliyi tərəfindən qeyri-ixtisas fənlərindən təyin olunub.

Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda cari tədris ilinin birinci yarımilində keçirilmiş monitorinqin nəticələrinin müqayisə olunaraq təhlil olunmasından ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi