Təmayül 10-cu siniflərdə monitorinq imtahanları keçirilib

Aprelin 21-də məktəbin illik “Fəaliyyət planı”na əsasən, məktəbdə təmayül 10-cu siniflərdə həm buraxılış fənləri üzrə həm də texniki və təbiət (Azərbaycan dili, riyaziyyat, ingilis dili, kimya, biologiya, fizika, informatika), riyaziyyat-iqtisadiyyat və humanitar (Azərbaycan dili, riyaziyyat, ingilis dili, coğrafiya, tarix, ədəbiyyat) fənlərdən monitorinq keçirilib. Məqsəd təmayül 10-cu siniflərdə buraxılış və ixtisas fənləri üzrə cari tədris ilinin birinci yarımilində keçirilmiş monitorinqin nəticələrinin müqayisə olunaraq təhlil olunması və müvafiq tədbirlərin görülməsi olub.