5-ci və 6-cı siniflərdə monitorinq imtahanları keçirilib

Aprelin 22-də məktəbin illik “Fəaliyyət planı”na əsasən, məktəbdə 5-ci siniflərdə, aprelin 23-də isə 6-cı siniflərdə Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, riyaziyyat və ingilis dili, rus bölməsinin şagirdləri üçün isə rus dili, riyaziyyat, ingilis dili və Azərbaycan dili dövlət dili fənlərindən ibarət olmaqla monitorinq imtahanları keçirilib.

Monitorinq məktəb rəhbərliyinin nəzarəti ilə keçirilib. İmtahan otaqlarına cəlb edilmiş nəzarətçi-müəllimlər məktəb rəhbərliyi tərəfindən qeyri-ixtisas fənlərindən təyin olunub.

Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə müvafiq standartlar üzrə bilik, bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi, tədrisin keyfiyyətinin artırılması və eyni zamanda cari tədris ilinin birinci yarımilində keçirilmiş monitorinqin nəticələrinin müqayisə olunaraq təhlil olunmasından ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi