Gimnastlar arasında birinci yer tutub

Aprelin 10-12-də Milli Gimnastika Arenasında “Bədii gimnastika üzrə 30-cu Bakı birinciliyi” keçirilib.

Dörd gün davam edən yarışda gimnastlar müxtəlif yaş qrupları üzrə halqa, top, gürzlər və lent ilə proqramda öz bacarıqlarını nümayiş etdiriblər.

Məktəbin 6 “F” sinif şagirdi Əhmədzadə Fərəh Ağakərim qızı 2012-3014-cü il təvəllüdlü gimnastlar arasında birinci yer tutduğuna görə medal və diplomla təltif edilib.

*******

Martın 18-20-də Bakı Olimpiya İdman Kompleksində Şuşa Rayon Uşaq və Gənclər İdman Məktəbinin və “OCAQ SPORT” klubunun birgə təşkilatçılığı ilə gimnastika üzrə birincilik keçirilib.

Turnirdə 9 klubdan 255 gimnast iştirak edərək, öz bacarıqlarını nümayiş etdirib.

Məktəbin 6 “F” sinif şagirdi Əhmədzadə Fərəh Ağakərim qızı 2012-3014-cü il təvəllüdlü gimnastlar arasında üçüncü yer tutduğuna görə ona Şuşa Rayon Uşaq və Gənclər İdman Məktəbi və “OCAQ SPORT” klubu tərəfindən kubok, medal, diplom və hədiyyə təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi