“Şahin” hərbi-idman oyununun ilkin mərhələsinin qalibi olublar

Aprelin 14-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə baş tutan "Şahin" hərbi-idman oyununlarının rayon (şəhər) birinciliyi keçirilib.
Səbail rayonu üzrə komandalar sıra hazırlığı, fiziki hazırlıq, mülki-müdafiə hazırlığı və maneələrin dəf olunması, eləcə də digər mərhələlər üzrə tapşırıqları icra ediblər.
Məktəbin çağırışaqədərki hazırlıq rəhbəri polkovnik-leytenant Eldəniz Niftiyevin rəhbərlik etdiyi 236 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdlərindən ibarət komandası Səbail rayon məktəbləri arasında 1-ci yeri tutub.
“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd gənclərin vətənpərvər ruhda tərbiyə alması və böyüməsi, hərbi məktəblərə daha da marağın artırılması, məktəblilərin fiziki sağlamlığının möhkəmləndirilməsi və çağırışçı gənclərin hərbi xidmətə hazırlığının artırılmasından ibarət olub.