“Mənfi və müsbət ədədlər” mövzusunda açıq dərs keçirilib

Aprelin 4-də məktəbin riyaziyyat müəllimi Şəhla Əhmədova 6 “Ə” sinfində “Mənfi və müsbət ədədlər” mövzusunda açıq dərs aparıb. Dərsdə direktor, direktor müavinləri, metodbirləşmə sədrləri, fənn müəllimləri və valideynlər iştirak ediblər. Şagirdlər qruplara bölünüb. Mövzunun anlaşıqlı olması üçün dərslikdə verilmiş müxtəlif nümunələr müəllim tərəfindən şagirdlərlə müzakirə edilib. Müəllim şagirdlərə müxtəlif suallar verməklə temperaturun dəyişməsi, maddi nöqtənin müxtəlif istiqamətlərdə yerdəyişməsi, bankdakı hesab, hündürlük və dərinlik nümunələri araşdırılıb.
Nümunələr üzərində müsbət və mənfi ədəd anlayışı çıxarılıb. İzahat aparılarkən əyaniliyə daha çox yer verilib. Kompüter və proyektor vasitəsilə şagirdlərə təqdim edilən görüntülər, onların bu anlayışlar haqqında təsəvvürlərini daha da artırıb. Şagirdlər müsbət və mənfi ədədləri aydın təsnif edib. Qruplar dərs boyu fəallıq nümayiş etdiriblər. Fənn daxili və fənlərarası inteqrasiya yaradılıb.
Qiymətləndirmə dərs müddətində düzgün və obyektiv aparılıb. Məktəbin direktoru Rövşən Qasımov dərsin gedişinin əhəmiyyəti barədə öz rəy və tövsiyyələrini dərs iştirakçılarının diqqətinə çatdırıb. Dərs iştirakçılar tərəfindən bəyənilib və yüksək qiymətləndirilib.