Şahmat üzrə keçirilən ölkə çempionatının qalibi olub

Aprelin 2-də Zuğulba tədris idman bazasında Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı, “Təhsil” Respublika İdman Mərkəzinin dəstəyi ilə şahmat üzrə keçirilən 8,10,12,14,16 və 18 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatına yekun vurulub.
Yarışın yekun nəticələrinə əsasən aktivində 9 xalı olan məktəbin 8 “Ə” sinif şagirdi Əlizadə Paşam Hikmət oğlu 14 yaşadək iştirakçılar arasında çempion olub. O Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə təltif olunub.