"Böyük Qafqaz" incəsənət və rəqs müsabiqəsinin qalibi olub

Martın 29-da Şəki şəhər Heydər Əliyev Mərkəzində "Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və "Azərbaycan Rəqs Assosasiyası"nın birgə təşkilatçılığı ilə "Böyük Qafqaz" incəsənət və rəqs müsabiqəsi keçirilib. Müsabiqədə iştirakçılar həm xalq rəqsləri, müasir rəqslər, bal rəqsinin stilizasiyası, klassik rəqs növləri üzrə, həm də xalq çalğı alətləri, klassik alətlər, vokal və incəsəntin digər növləri (teatr, bədii qiraət, modelyerlik, təsviri incəsənət) üzrə çıxış ediblər. Müsabiqənin münsiflər heyəti ölkənin əməkdar incəsənət xadimləri və xalq artistlərindən ibarət olub.

Məktəbin 9 "B" sinif şagirdi Həbibullahlı Mikayıl Ramil oğlu kətan üzərində yağlı boya ilə çəkilmiş “Şuşanın dağları” adlı rəsmi münsiflər heyəti tərəfindən ən çox səs toplayaraq qaliblər sırasına seçilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi