Məktəbdaxili monitorinq keçirilib

Aprelin 8-də məktəbdə 9-cu siniflərdə Azərbaycan və rus bölmələri üzrə burxılış fənlərindən minimal proqramın tələblərinə uyğun olaraq məktəbdaxili monitorinq keçirilib. Monitorinqin keçirilməsində məqsəd şagirdlərin buraxılış fənləri üzrə bilik və bacarıqlarını minimal proqramın tələblərinə uyğun olaraq yoxlamaq və təhlil etməkdən ibarət olub.

İmtahandan sonra məktəbin direktoru Rövşən Qasımov şagirdlərlə imtahan ərəfəsində onların psixoloji hazırlığını gücləndirmək məqsədilə görüş təşkil edərək maarifləndirici söhbət aparıb. Daha sonra sinif rəhbərləri tərəfindən şagirdlərə buraxılış imtahanı üçün "İmtahana buraxılış vərəqəsi" və məktəb tərəfindən təqdim olunan arayış paylanılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi