“Aprel döyüşləri - Böyük Qələbənin başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib

Aprelin 2-də məktəbdə məktəbin tarix müəllimi  Xəzər Umarovun təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunmuş “Aprel döyüşləri - Böyük Qələbənin başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər.

İlk öncə Aprel döyüşlərində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rövşən Qasımov Aprel döyüşlərindən iki il sonra Naxçıvanda “Günnüt” əməliyyatı keçirildiyini, strateji yüksəkliklərin nəzarətə götürüldüyünü xatırladıb. O, vurğulayıb ki, dörd il sonra isə 44 günlük müharibə ilə Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək son 200 illik tariximizin ən böyük Zəfərinə imza atdı.

Daha sonra çıxış edən məktəbin tarix müəllimi Xəzər Umarov qeyd edib ki, aprelin 2-də Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi.

Tədbirin sonunda şagirdlər Aprel hadisələrinə həsr edilmiş şeirlər və təqdimatlarla çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi