Cerebry layihəsi tətbiq olunan siniflərdə KSQ keçirilib

Martın 19-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq tapşırığına əsasən, məktəbdə Cerebry layihəsi tətbiq olunan siniflərdə (9 və 10-cu) Təbiət fənni üzrə məktəb rəhbərliyinin nəzarəti ilə Kiçik Summativ Qiymətləndirmə keçirilib.

Qiymətləndirmə şagirdlərin bilik və bacarıqlarını obyektiv şəkildə dəyərləndirmək, onların inkişaf dinamikasını izləmək və təlim prosesinə daha effektiv dəstək vermək məqsədi daşıyıb.

Onu da qeyd edək ki, platformanın istifadəsində əsas məqsəd şagirdlərin riyaziyyat və təbiət fənləri üzrə müxtəlif tipli səriştə əsaslı tapşırıqlarla rəqəmsal formada işləmək bacarığının artırılması, məktəbdə öyrəndikləri bilikləri real həyata tətbiqetmə qabiliyyətlərinin inkişaf etdirilməsi və analitik düşüncə tərzlərinin gücləndirilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi