Şagirdlərə böyük sevinc duyğuları yaşadıb

Martın 18-də məktəbin ibtidai sinif müəllimi Nəzakət Mansurova rəhbərlik etdiyi 3 “B” sinif şagirdləri ilə birgə Novruzun sonuncu çərşənbəsi – Torpaq çərşənbəsinin (İlaxır çərşənbə) qədim və özünəməxsus adət-ənənələrinə uyğun olaraq məktəbin direktoru Rövşən Qasımovun iş otağının qapısına papaq atıblar. Direktor şagirdlərin papaqlarını bayram sovqatları ilə doldurmaqla onlara böyük sevinc duyğuları yaşadıb.