Kitabxanada şeir gecəsi təşkil olunub

Martın 7-də məktəbin kitabxanasında Azərbaycan dili və ədəbiyyatı müəllimi Sahilə Məhərrəmovanın, kitabxana müdiri Mətanət Salmanovanın və məktəbin 6 “A” və 6 “D” sinif şagirdlərinin birgə təşkilatçılığı ilə “Anam Azərbaycan, igidlərin Vətəni” adlı şeir gecəsi təşkil olunub.

Məktəb rəhbərliyinin, fənn müəllimlərinin və fəal oxucuların iştirak etdikləri tədbirdə Azərbaycan ədəbi mühitində xüsusi yeri olan görkəmli yazarların Vətən müharibəsində Böyük Qələbəyə həsr olunmuş şeirləri barədə geniş söhbət açılıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rövşən Qasımov bu cür tədbirlərin şagirdlərin mənəvi inkişafının gücləndirilməsinə töhfə verdiyini və ənənəvi olmasının vacibliyini diqqətə çatdırıb.

Daha sonra tədbirə dəvət alan qonaqlar qeyd ediblər ki, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad olunması Azərbaycan xalqının özünəinamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

Ədəbi hissə ilə davam edən tədbirdə məktəbin fəal oxucuları Vətənə və qəhrəmanlara həsr olunan şeirlərdən nümunələr və poemalardan parçalar səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi