Voleybol yarışının qalibi olublar

Martın 4-də Bakının 189-190 nömrəli tam orta məktəbində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Səbail rayon komitəsinin təşkilatçılığı ilə Səbail rayon məktəblərinin fiziki tərbiyə və Çağırışaqədərki hazırlıq müəllimləri arasında 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş voleybol yarışı keçirilib.

Yarışın yekun nəticələrinə əsasən 236 nömrəli tam orta məktəbin komandası birinci yeri tutaraq qalib adını qazanıb.

Qalib komanda kubok, hədiyyə, medal və diplomlarla təltif olunublar.

Yarışın məqsədi müəllimlərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğindən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi