Güllə atıcılığı üzrə turnir uğurla başa çatıb

Fevralın 25-də Bayıl qəsəbəsində yerləşən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon təşkilatının güllə atıcılığı mərkəzində Səbail Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Səbail rayon məktəblərinin 9-11-ci sinif şagirdləri arasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə turnir keçirilib.
Yarışda məktəbin çağırışaqədər hazırlıq rəhbəri polkovnik-leytenant Eldəniz Niftiyevin rəhbərlik etdiyi məktəbin 11-ci sinif şagirdlərindən ibarət komanda uğurlu nəticə göstərərək III yerdə qərarlaşıb.
Qalib komandaların üzvləri müvafiq dərəcəli diplom və medalla təltif edilib.
Turnirin keçirilməsində əsas məqsəd şəhidlərin xatirəsini yad etmək, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirməkdən ibarət olub.