“Ana harayı” abidəsi ziyarət olunub

Fevralın 26-da məktəb rəhbərliyi və müəllim kollektivi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Bakı şəhərində faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Məktəbin direktoru Rövşən Qasımov çıxışında ağır hərbi cinayətin xalqımız tərəfindən heç vaxt unudulmayacağını, həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunması və əsgərlərimizin qəhrəmanlıqları, 30 illik işğala və həsrətə son qoyulduğunu bildirib.
Kollektiv tərəfindən soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.