“Mənim ana dilim – mənim kimliyim” adlı tədbir keçirilib

Fevralın 20-də məktəbin akt zalında ibtidai sinif müəllimi Nəzakət Mansurovanın təşkilatçılığı, 3 "B" və 3 "C" sinif şagirdlərinin iştirakı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Mənim ana dilim – mənim kimliyim” adlı tədbir keçirilib.

Dövlət Himninin səslənməsi ilə başlanan tədbiri məktəbin direktoru Rövşən Qasımov giriş sözü ilə açaraq qeyd edib ki, "Azərbaycan dili həm fonetik, həm leksik, həm də qrammatik quruluşuna görə dünyanın ən inkişaf etmiş zəngin dillərindən biridir".

Keçirilən tədbirdə məktəbin fəal şagirdləri ana dilimizə aid bədii kompozisiya ilə çıxış ediblər. Məktəblilərin ifasında doğma dilimizə həsr olunmuş şeirlər, mahnılar səslənib.

Tədbir gənc nəsildə Vətənə, torpağa, ana dilinə məhəbbət hisslərini artırmaq, milli-mənəvi dəyərlərimizi, dilimizin saflığını qorumaq, inkişaf etdirmək, dərindən bilmək və ana dilimizə olan sevgini artırmaq məqsədilə təşkil edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi