Karate üzrə turnirdə uğur qazanıb

Yanvarın 26-da Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Vaqif Əliyevin əziz xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Kyokuşinkay karate idman növü üzrə açıq Bakı turniri keçirilib.
Turnirin yekun nəticələrinə görə məktəbin 6 “E” sinif şagirdi Cabbarov Müqəddəs Təbriz oğlu 12-13 yaş qrupunda 40 kq çəki dərəcəsində I yerə layiq görülərək medal və diplomla təltif olunub.