“Xurşidbanu Natavan” əsərinin müzakirəsi keçirilib

Fevralın 6-da məktəbin kitabxanasında “Kitabxananın aylıq fəaliyyət planı”na uyğun olaraq kitabxana müdiri Mətanət Salmanovanın təşəbbüsü, Azərbaycan dili və ədəbiyyatı müəllimi Sənubər Kazımovanın təskilatçılığı və 9 "C" sinif şagirdlərinin iştirakı ilə İlyas Əfəndiyevin “Xurşidbanu Natavan” əsərinin müzakirəsi keçirilib.
Tədbir Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirələrinin yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayıb.
Tədbirdə məktəb rəhbərliyi, fənn müəllimləri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rövşən Qasımov tədbirin keçirilməsini yüksək qiymətləndirərək yazıçının Azərbaycan ədəbiyyatı tarixindəki müstəsna xidmətlərindən söhbət açıb. Daha sonra Mətanət Salmanova pyesdə Natəvanı səciyyələndirən əsas xüsusiyyətlərdən bəhs edib. Sənubər Kazımova isə İlyas Əfəndiyevin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Sonda şagirdlər əsərdən bir neçə səhnəciklər nümayiş etdiriblər.