Hərbi Qənimətlər Parkına ekskursiya ediblər

Fevralın 1-də məktəbin ibtidai sinif müəllimi Nuridə Mahmudova rəhbərlik etdiyi 3 "Ç" sinif şagirdləri ilə birgə Hərbi Qənimətlər Parkına ekskursiya ediblər.
Müəllim şagirdlərə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsi zamanı əldə etdiyi qənimətlər haqqında ətraflı məlumat verib. Daha sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Azərbaycan Ordusunun qüdrətinin əyani sübutu olan, Prezident, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkı ekskursiya iştirakçılarında böyük təəssürat oyadıb.