2024-2025-ci tədris ilinin birinci yarımilinin yekunlarına həsr olunmuş Pedaqoji şuranın iclası keçirilib

Fevralın 1-də məktəbin akt zalında 2024-2025-ci tədris ilinin birinci yarımilinin yekunları və ikinci yarımildə qarşıda duran vəzifələrə həsr olunmuş Pedaqoji şuranın iş planına uyğun olaraq növbəti geniş tərkibdə iclası keçirilib.

İclasda məktəb rəhbərliyi və pedaqoji heyət iştirak edib. İclası açıq elan edən məktəbin direktoru Rövşən Qasımov gündəliyə çıxarılan məsələləri elan edib.

Məktəbin direktor müavinlərinin və fənlər üzrə metodbirləşmə sədrlərinin məruzələri, hesabatları dinlənilib.

2024-2025-ci dərs ilinin II yarımilində də təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər, məktəbdaxili qiymətləndirmə, dərsə davamiyyət, şagirdlərin imtahanlara hazırlıq səviyyəsi, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Yığıncaqda müəllimləri maraqlandıran suallar məktəbin direktoru Rövşən Qasımov tərəfindən ətraflı cavablandırılıb və müvafiq göstərişlər verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi